Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu gün Zaqatala rayonunda görüş keçirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu gün Zaqatala rayonunda görüş keçirib.

DQDK sədri vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu gün Zaqatala rayonunda görüş keçirib.



Trend-in məlumatına görə, görüşdə şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icmaların nümayəndələrini, eləcədə bu istiqamətdə sözü olan sadə sakinləri qəbul edilib.

Zaqatala rayonunda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov qurumun səlahiyyətində olan məsələlərlə bağlı şikayəti və deyiləsi sözü olan dini icmaların nümayəndələrini, eləcə də sadə vətəndaşları qəbul edib. Gün ərzində 40-a yaxın müraciət, şikayət və təkliflər dinlənilib. Şikayətlər əsasən zəlzələdən sonra yaranmış problemlər, sakinlərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasından ibarət olub. Komitə sədri müraciət edən sakinlərin bu istiqamətdəki fikir və rəylərini dinləndiyini, xüsusən zəlzələ bölgəsindəki tarixi məscidlərin bərpası istiqamətində iş aparıldığını bildirib.

Ölkəmizdə, eləcə də şimal-qərb bölgəsində dini icmaların qeydiyatı və onların qanunlar çərçivəsində fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Komitə sədri jurnalistlərə açıqlamasında bildirib ki, indiyə kimi 48 dini icma qeydiyyatdan keçib.

Qəbula gələn sakinlər isə onların müraciətlərinin dinlənildiyini, yaxın vaxtlarda bu istiqamətdə işlərin başlanacağını bildiriblər.
Elşad İsgəndərov müraciətlərin komitəyə aid hissəsinin tezliklə araşdırılacağını və xüsusi tədbirlər planı əsasında işlərə başlanacağını bildirib. Digər müraciət və qaldırılan məsələlərin isə müvafiq qurumlara çatdırılacağı qeyd edib.

AzNews.az