Rusiya paytaxtında Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə növbəti “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirib. Rusiya paytaxtında Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə növbəti “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirib.

Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milliyyəti yoxdur” aksiyası

Rusiya paytaxtında Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə növbəti “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirib.



APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiya Rusiya Federasiyasının bir nömrəli qan köçürmə mərkəzi olan İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının kilinik transfuziologiya və hematologiya kafedrasında baş tutub.

Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən həyata keçirilən bu ilki aksiyada azərbaycanlı tələbələrlə yanaşı bir çox xarici ölkələrdən olan tələbələr də iştirak ediblər.

RAGT-in nəzarət-təftiş komissiyasının üzvü, tədbirin əsas təşkilatçılarından biri, tibb elmləri namizədi Samir Əliyev qanvermə aksiyasının beynəlxalq donor gününə düşməsinin təsadüf olmadığını söyləyib: "Xeyriyyə aksiyasının donorlar üçün faydası ilk növbədə özlərinin sağlamlıqları barədə məlumat əldə etmələri, digər tərəfdən isə qana ehtiyacı olanlara yardım edib, xeyriyyə işi görməkdir. Bütün gün ərzində davam edən tədbir zamanı qanvermədən sonra özünü pis hiss edənlər də oldu. Ancaq, hər bir donorun üzündən təbəssüm əksik olmadı".

Xeyriyyə aksiyası azərbaycanlı tələbələrin Moskva səmasına qırmızı balonlar buraxması ilə nəticələnib.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə bu il keçirilən altıncı xeyriyyə aksiyasıdır.

AzNews.az