Seçki məntəqəsində də yaşayırlar, bəs bir azdan necə olacaq? Seçki məntəqəsində də yaşayırlar, bəs bir azdan necə olacaq?

Şabranda çadırda yaşayanlara ilan hücumu – FOTO - Özəl

Seçki məntəqəsində də yaşayırlar, bəs bir azdan necə olacaq?




"Şabran rayonunun Ağalıq kəndində yerləşən iki mərtəbəli yaşayış binasının uçması nəticəsində evsiz qalan 11 ailə sözün həqiqi mənasında cəhənnəm əzabı çəkir".

Bu barədə məlumatı AzNews.az-a kənd sakinləri veriblər. Onların sözlərinə görə, təxminən 40 nəfər sakin artıq 8-ci aydır ki, çadırlarda gecələyirlər.

"Ötən ilin noyabrında kəndə sel gəldi. Yaşadığımız iki mərtəbəli bina qəzalı vəziyyətə düşdü. O gündən bu adamları çadırlara köçürüblər. Bir qisim sakin isə yer tapmadığından kəndin seçki məntəqəsində məskunlaşıb. Sabah, biri gün seçkidir, deyirlər buradan da çıxaracağıq. Bəs onda bu adamların halı necə olacaq?"

Mənbə deyir ki, istiyə bir təhər dözən sakinləri ən çox qorxudan çadırlara soxulan ilanlardır. Demək olar ki, hər gün iki-üç ilan tutub öldürürlər. İki gün əvvəl bir uşağın beşiyindən zəhərli ilan tutublar. Sakinlərin çoxsaylı müraciətlərinə isə baxan yoxdur.

Zaur
AzNews.az
image description image description