Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xüsusi mükafatına layiq görüldü Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xüsusi mükafatına layiq görüldü

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xüsusi mükafatına layiq görüldü



Azərbaycanın aclığa və yoxsulluğa qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar münasibətilə verilən mükafat iyunun 16-da İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mənzil-qərargahında FAO-nun baş direktoru Joze Qratsiano da Silva tərəfindən kənd təsərrüfatı naziri İsmət Abasova təqdim edilib.

Bu mükafat 2000-ci ildə BMT-nin Baş Assambleyasında qəbul olunan Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan "aclığın yarıya qədər azaldılması"na və 1996-cı ildə Romada keçirilən Dünya Ərzaq Sammitində qəbul olunmuş "kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması" üzrə məqsədə nail olan ölkələrə təqdim edilib. Təqdimetmə mərasimində qeyd olunub ki, Azərbaycan hər iki məqsədə nail olub. Mükafatın məqsədi aclığa və yoxsulluğa qarşı mübarizədə radikal islahatlar həyata keçirmiş ölkələrin siyasi iradələrinin FAO tərəfindən etiraf edilməsi və yüksək qiymətləndirilməsindən ibarətdir.

Nazir İsmət Abasov təqdimat mərasimində çıxış edərək ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış dövlət proqramlarının icrası nəticəsində Azərbaycanda yoxsulluğun təqribən 50 faizdən 5 faizə enməsi, son illərdə kənd təsərrüfatı sahəsində illik təqribən 6 faiz artım olmaqla dinamik inkişafın təmin edilməsi və kənd ərazilərində yaşayan əhalinin rifahının artması barədə tədbir iştirakçılarına məlumat verib.

AzNews.az