Nazirlik şagirdləri nəzarətdə saxlayacaq

Yeni dərs ilində şagirdlərin, xüsusilə, yuxarı sinif şagirdlərinin dərslərə davamiyyəti diqqət mərkəzində saxlanılacaq.

Bu barədə məlumat Təhsil Nazirliyindən verilib.

Nazirlikdən bildirilib ki, bununla əlaqədar yerli təhsil orqanları ilə davamlı işlər həyata keçiriləcək, seçmə qaydada monitorinqlər təşkil olunacaq və onların nəticələri müzakirə edilib müvafiq təkliflər hazırlanacaq.

Elnarə
AzNews.az