Təhsil naziri Mikayıl Cabbarov bölgələrdə daha bir görüş keçirəcək. Təhsil naziri Mikayıl Cabbarov bölgələrdə daha bir görüş keçirəcək.

Mikayıl Cabbarov əhali ilə görüşəcək

Təhsil naziri Mikayıl Cabbarov bölgələrdə daha bir görüş keçirəcək.



Nazirlikdən verilən məlumata görə, vətəndaşların budəfəki qəbulu 22 iyun saat 10:30-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq təşkil olunacaq. Nazir budəfəki qəbulda Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında yaşayan vətəndaşların problemlərini dinləyəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya office@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Elnarə
AzNews.az