Dövlət Komitəsindən “Açıq qapı”

Dövlət Statistika Komitəsində "Açıq qapı" günü keçiriləcək.

AzNews.az-ın qurumun saytına istinadən xəbərinə görə, Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsi və Aparatın sahə şöbələri tərəfindən məlumat istifadəçilərinin statistik informasiya ilə təmin olunması məqsədilə iyunun 21-də 2013-cü il tarixində saat 10-dan 17-dək "Açıq qapı" günü keçiriləcək.

"Açıq qapı" günü çərçivəsində komitəsinin mütəxəssisləri ictimaiyyəti, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran sualları cavablandırılacaq.

Anar
AzNews.az