AMEA-nın vitse-prezidenti direktor təyin edildi

AMEA-nın vitse-prezidenti, ədəbiyyatşünas alim, akademik İsa Həbibbəyli AMEA Nizami adına Ədəbiyyat İnstitutunun rəhbəri təyin olunub. Bu barədə Lent.az-a akademikin özü məlumat verib.

Məlumata görə, İ.Həbibbəyli AMEA-da vitse-prezident vəzifəsində qalmaqla yanaşı Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışacaq. O həm də institutun Elmi Şurasına da sədrlik edəcək.

AzNews.az