Сəfər Cabbarlının heykəli hasarlandı- Foto

İyunun 19-u Bakının mərkəzindəki məşhur dramaturq Cəfər Cabbarlının heykəli hasarlanıb.

Milliyyət.az-ın əməkdaşı şahidi olduğu bu hadisəni çəkib. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri bildiriblər ki, hasarlanma işləri heykəl və ətrafında aparılacaq abadlıq işləri ilə bağlıdır. Belə ki, abidənin ətrafındakı daş örtüklərin bir qismi sökülərək otla əvəz olunacaq. Eyni zamanda heykəlin üzərində silinən "Cəfər Cabbarlı" sözü yeniləcək. Hekəl və ətrafı üçün ışıqlandırma sistemi qurulacaq.

Qeyd edək ki, C.Cabarlının heykəlinin açılışı 1982-ci ildə, ad günündə olub. Heykəltəraş Mirəli Mirqasımov, arxitektor Yusif Qədimovdur.

AzNews.az
image description image description