Mübariz Mənsimov qızıl biznesinə başladı

Azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov futbol ulduzu Ronaldonu və Hollivud ulduzlarının sevimlisi olan "Jacob&Co" şirkətini Türkiyəyə gətirir. Türk mətbuatının məlumatına görə, dünyaca məşhur zinət əşyaları və qol saatı markası olan Amarikanın "Jacob&Co" ilə birgə gələcək Ronaldo Bodrumda açılacaq mağazanın açılışına qatılacaq.

Amerika markası olan "Jacob&Co"un Türkiyəyə gəlməsini də Mübariz Mənsimov təşkil edib. Şirkətin idarə heyətinin rəhbəri Jacob Arabo Mübariz Mənsomovla yaxın dost olduğunu bildirib. Onun sözlərinə görə, Bodrumdan sonra ikinci mağaza İstanbulda açılacaq: "Çox sevdiyim dostum Mübariz markamızı Türkiyəyə aparmaq istədiyini bildirdi. Biz də bunu uyğun gördük. İlk mağazamızı, firmamızın reklam üzü olan Kristiano Ronaldionun iştirakı ilə Bodrumda açacağıq".

Markanın müştəriləri arasında Hollivud ulduzları, futbolçular da daxil olmaqla məşhurların olduğunu söyləyən Jacob Arabo "Dostum Mübarizlə ortaq çalışmaqdan çox xoşbəxtəm. Qarşımızda böyük bir gələcək var. Son 10 ildir ki, Türkiyədə, Rusiyadan, Avropadan gələn turistlər sayəsində işimiz yaxşıdır" deyə vurğulayıb.

Elnarə
AzNews.az