TQDK əlavə buraxılış imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Şəhər (rayon) təhsil şöbələrinə müraciət edib.


TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcədə eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər üçün iyunun 25-də buraxılış imtahanı keçiriləcək.

"Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qərarına əsasən, ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlər üçün təkrar buraxılış imtahanları keçirilməyəcək.

AzNews.az