“ASAN”çılar prezidentin səhifəsində sınağa çəkiləcək

Prezident İlham Əliyevin "facebook" səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılmağa davam edir.

AzNews.az-ın məlumatına görə, səhifənin budəfəki qonağı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyidir.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb.

Səhifənin rəhbərliyi xatırladır ki, mövzuya aid olmayan, təkrarlanan və kənar məsələlərə bağlı suallar silinəcək. İstifadəçiləri daha məsuliyyətli olmağa çağırır və mövzuya aidiyyəti olan suallar ünvanlanmağı xahiş edirik. Suallar iyun ayının 25-ə qədər qəbul olunacaq və tədricən cavablandırılacaq.

AzNews.az