Prezident yollara 2 milyon manat ayırdı


Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bakı şəhəri Suraxanı rayonunun Bülbülə və Əmircan qəsəbələri ərazisində qırx dörd min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 14,4 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Bakı şəhərinin Suraxanı Rayon İcra Hakimiyyətinə ayrılıb.

AzNews.az