- Köhnə - Cəmiyyət
- 21 İyun 2013 09:04
- 2 578
Komitə sədrindən Azərbaycan diasporundakı parçalanmaya münasibət
APA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında Ukrayna və Rusiyadakı Azərbaycan diasporunda baş verən parçalanmaya münasibət bildirərəkən deyib.
O, qeyd edib ki, yüz minlərlə azərbaycanlının yaşadığı bir ölkədə çoxlu təşkilatları, fikir ayrılığı, eyni zamanda müxtəlif yanaşmaları da ola bilər: "Əsas məsələ odur ki, oradakı fəal, tanınmış hər bir azərbaycanlı Azərbaycan dövlətinin yanında olsun, Azərbaycan prezidentinin siyasətini dəstəkləsin və Azərbaycanın dünyada tanınması istiqamətində işləsinlər. Yalnız Azərbaycana işləsinlər, haqq səsimizin dünyada tanınmasına çalışsınlar". Komitə sədri bildirib ki, o insanlar müxtəlif istiqamətdə işləsələr də, Azərbaycan ətrafında birləşməlidirlər: "Fikir ayrılığı labüddür. Düşünürəm ki, fikir ayrılığı onlara rəqabət şəraitində işləməyə şərait yaradacaq".
AzNews.az