- Köhnə - Cəmiyyət
- 21 İyun 2013 09:24
- 2 201
Binəqədinin icra başçısı kadrlarını dəyişdi – Özəl
Binəqədi rayon İcra Hakimiyyətində kadr dəyişikliyi aparılıb.
İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ictimai-siyasi və humanitar məsələləri şöbəsinin müdiri Tamilla Hacıyevanı vəzifəsindən azad edib.
Artıq bu vəzifəyə yeni təyinat da aparılıb. İcra başçısının digər sərəncamı ilə Aqil Eyvazov bu vəzifəyə təyin edilib. A. Eyvazov əvvəllər də icra hakimiyyəti strukturunda çalışıb. O, bundan əvvəl Binəqədi rayon İcra hakimiyyətində sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini tutub.
Elnarə
AzNews.az