Milli Məclis əsasnaməni təsdiq etdi

Azərbaycan Milli Məclisinin bu gün keçirilən növbədənkənar iclasında "Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında" Əsasnamə müzakirəyə çıxarılıb.

Layihə barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

O qeyd edib ki, əsasnamə 15 may 2013-cü ildə imzalanıb. Sənədə əsasən, Komissiya iki dövlət sərhədi haqqında 2010-cu il 3 sentyabr tarixli müqaviləyə əsasən dövlət sərhədinin demarkasiyasını həyata keçirmək məqsədilə yaradılıb. Əsasnamə Azərbaycan və Rusiya arasında sərhəd nişanları və yeri, Azərbaycan coğrafi adlarının rus dilində, rus coğrafi adlarının isə Azərbaycan dilində səsləndirilməsi qaydalarını müəyyən edir.

Layihə səsə qoyularaq qəbul olunub.

AzNews.az