AMİP bəyanat yaydı

AMİP ATƏT-in Minsk Qrupu həmsədrləri ölkələrinin başçılarının "Böyük Səkkizlər"in sammiti çərçivəsində imzaladıqları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatı Azərbaycanın haqlı mövqeyinin nəzərə alınmaması kimi qiymətləndirir.

Bəyanatda tərəfləri "birtərəfli fayda əldə etmək cəhdlərini davam etdirməkdə" günahlandıran dövlət başçıları vaxtı ilə öz ölkələrinin də səs verdiyi BMT – nin 4 qətnaməsinin həyata keçməsinə çalışmalı olduqları halda illərdir ki, eyni bəyanatları bu və ya digər şəkildə təkrarlayırlar. Tərəfləri "Helsinki prinsiplərinə", xüsusən güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək prinsiplərinə əməl etməyə çağıran həmsədr ölkələr əslində fəaliyyətləri ilə münaqişənin həllinin qeyri – müəyyən vaxta qədər uzanmasına xidmət etmiş olurlar və bu AMİP tərəfidnən təəssüflə qeyd olunur.

Münaqişənin həlinin ana xətti Dağlıq Qarabağ ətrafı işğal olunmuş torpaqların qeyri – şərtsiz azad olunmasından, DQ statusunun müəyyənləşməsindən və Ermənistanın bu addımı atacağı təqdirdə gələcəkdə Azərbaycan tərəfindən həyata keçirilən regional iqtisadi proyektlərə Ermənistanın da cəlb olunması perspektindən ibarət olmalı idi. Yəni həmsədrlərin məqsədi həm də Cənubi Qafqazda sülhün – stabilliyin və iqtisadi inkişafa nail olmaqdan ibarət olmalıdır Eyni zamanda AMİP hər zaman bəyan etdiyi kimi Dağlıq Qarabağ probleminin həllini ATƏT – in Minsk Qrupuna həvalə edilməsinin səhv addım kimi qiymətləndirərək münaqişənin həllinin BMT – yə həvalə olunmasını tələb edir.

AzNews.az