“Belə bir sərginin keçirilməsi Bakıya çox yaraşır“

"XX əsrin məşhur rəssamı Endi Vorholun "Həyat, ölüm və gözəllik" sərgisinin Heydər Əliyev Mərkəzində keçirilməsi mühüm hadisədir"



APA-nın xəbərinə görə, bu sözləri Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva deyib. O, jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyev Mərkəzi öz unikal arxitekturası ilə məşhurdur və burada belə bir sərginin keçirilməsi həm mərkəzə, həm də Bakıya çox yaraşır: "Sərgi ilə tanışlıq zamanı ilk baxışda elə görünə bilər ki, Endi Vorholun əsərləri qeyri-adi və başa düşülməyəndir. Lakin tanışlıq zamanı çox ciddi və obyektiv səbəblər belə deməyə əsas verir ki, Endi Vorholun əsərləri və Bakı bir sıra məsələlərdə bir-birini tamamlayır. Buna görə də onun sərgisinin Azərbaycandakı Heydər Əliyev Mərkəzində keçirilməsi önəmlidir".

AzNews.az