Əbülfəz Elçibəyin 75 illiyi münasibəti ilə Bakıda anım mərasimi keçirilir. Əbülfəz Elçibəyin 75 illiyi münasibəti ilə Bakıda anım mərasimi keçirilir.

Elçibəyin doğum günü qeyd edilir - FOTOLAR

Əbülfəz Elçibəyin 75 illiyi münasibəti ilə Bakıda anım mərasimi keçirilir.



Modern.az-ın məlumatına görə, Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən anım mərasimində AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, Milli Şuranım İcra Aparatının rəhbəri, Eldar Namazov, KXCP sədri Mirmahmud Mirəlioğlu, Ramiz Rövşən, Cəmil Həsənli, millət vəkilləri Fərəc Quliyev, Sabir Rüstəmxanlı və digərləri iştirak edirlər.

Mərasim iştirakçıları Əbülfəz Elçibəyin Azərbaycanın dövlətçilik tarixindəki əvəzsiz xidmətlərindən söz açıb mərhumun ruhunu yad edirlər.

Anım mərasimi hazırda davam edir.

Xatırladaq ki, iyunun 24-də - sabah Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 75 yaşı tamam olur.

AzNews.az
image description image description image description image description