- Köhnə - Cəmiyyət
- 24 İyun 2013 08:08
- 2 537
Elçibəyin kadrı onun irsini tənqid etdi
AzNews.az-ın məlumatına görə, bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.
O bildirib ki, Elçibəyin tarixə və proseslərə baxışına, ideoloji postulatlarına yanaşması fərqlidir. Bununla belə, deputat Elçibəyin insanlıq ölçülərinə, siyasət əxlaqına hər dəfə üz tutulacağına əmin olduğunu bildirib: ""Mütəfəkkir" heykəlini yaratmış Rodeden soruşurlar ki, bu möhtəşəm əsəri necə yaratdın? Cavab qısa olur: Daşı götürüb, üzərində artıq olan nəyi varsa yondum. Düşünürəm ki, Əbülfəz bəy şəxsiyyətini və siyasi irsini hədsiz ideallaşdırmaq istəyənlər əslində onu ucaltmaqdan daha çox, özlərinə barınmağa kölgəlik axtarırlar. Sadəcə, doğru və yanlışı ilə onun obrazını təqdim etməkdən faydalı yol görmürəm. Onun obrazından artıq olan hər şeyi çıxarsanız, sadəcə özünün səmimiyyəti və əxlaq anlayışı ilə cəmiyyətdə daha çox seviləcəyini və xatırlanacağını görəcəksiniz".
Qeyd edək ki, bu gün Əbülfəz Elçibəyin 75 illik yubileyidir.
Anar
AzNews.az