808 abituriyent qəbul imtahanlarına buraxılmayacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü il iyunun 23-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahanın nəticələrini açıqlayıb.

TQDK-nın internet saytında yerləşdirilən məlumata görə, imtahanda iştirak edən 1666 abituriyentdən 858 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiyməti alıb.

Azərbaycan dili imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2013/2014-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

Elnarə
AzNews.az