- Köhnə - Cəmiyyət
- 24 İyun 2013 20:15
- 1 970
"Qafqazinfo" xəbər verir ki, qəbulda yalnız Gəncə şəhərinin, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Göygöl və Samux rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin inzibati binasında (ünvan: Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 110) 25 iyun 2013-cü il tarixində saat 14:00-dan başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
AzNews.az