“Çox ciddi problemlər var” - Fəxrəddin Veysəlli


"Tədrisin rus dilində aparıldığı məktəblərdə Azərbaycan dilinin tədrisi məsələsi kökündən yaxşılaşdırılmalıdır. Bu sahədə çox ciddi problemlər var".

Bunu AzNews.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən keçirdiyi imtahanda 808 nəfərin qeyri-məqbul nəticə göstərməsinə münasibət bildirən AMEA-nın Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli vurğulayıb.

Onun sözlərinə görə, bu problemi aradan qaldırmaq üçün ölkə prezidentinin imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramında bəzi müddəalar nəzərdə tutulub: "Bu proqramda təlimin rus dilində olduğu məktəblərdə Azərbaycan dilinin daha dərindən və təməlli şəkildə öyrənilməsi məsələləri də var. Yəqin ki, Proqramın icrası bu sahədə öz müsbət təsirini göstərəcək".

Xatirə
AzNews.az