Sabahkı hərbi paradın son məşqləri keçirilir - Fotolar

Silahlı Qüvvələri günü münasibətilə Bakıda keçiriləcək hərbi paradın bu gün son məşqləri keçirilib.

Paradla bağlı "Azadlıq" meydanı və ətrafında qızğın iş gedir. "Abşeron" və "Hilton" hotellərindən böyük Azərbaycan bayraqları asılıb, hərbi texnikanın keçəcəyi yol yuyularaq xüsusi boyalarla rənglənib.

Ötən ayın əvvəli istifadəyə verilən piyada keçidi isə bağlanıb, səbəb keçidə dayaqların quraşıdılmasıdır. Ərazidə olarkən öyrəndik ki, hərbi paradda nümayiş olunacaq hərbi texnikaların yola verdiyi ağırlığı hesablanaraq bu adım atılıb. Uçmaq təhlükəsi ilə üzləşən yeraltı piyada keçidlərinin hər birinə xüsusi dəmir konstruksiyadan ibarət dayaqlar bərkidilib.

"Azadlıq" meydanında tribunanın və qonaqların yer alacağı səhnənin hazırlanmasına yekunlaşıb. Azərbaycandakı qoşun növlərinin gerblərinin əks olunduğu lövhələr meydana gətirilib.

Paradda iştirak edəcək şəxsi heyyətin və nümayiş olunacaq hərbi texniknın məşqləri isə davam edir. Dəniz Vağzalı ətrafna toplanan hərbi texnikalarla tez-tez məşq yürüşləri keçirilir. Eyni zamanda şəxsi heyyətin təntənəli marşla keçidinə hazırlıq aparılır. Bakı səmasında təlimdə iştirak edəcək Azərbaycan hərbi aviasiyasının təyyarə və helikopterlərinin təlim uçuşlarını həyata keçirirlər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunan parad müstəqillik dövründə Silahlı Qüvvələrin dördüncü hərbi paradı olacaq. İlk hərbi parad 1992-ci il oktyabrın 9-da, ikinci hərbi parad 2008-ci, üçüncü hərbi parad isə 2011-ci il iyunun 26-da keçirilib.

Əvvəlki iki parada olduğu kimi, bu dəfə də Azərbaycan Silahlı Qüvvələrinin nailiyyətlərinin, son illərdə sahib olduğu ən müasir silah və hərbi texnikaların nümayişi nəzərdə tutulur. Paradda əvvəlki illərdə keçid edən hərbi texnikalar - modernləşdirilmiş T-72 tankları, BMP-2 və BMP-3 tipli piyadaların döyüş maşınları, modernləşdirilmiş BTR və BRDM-lər, BTR-80, "Cobra", ZPT, "Storm" tipli zirehli maşınlar, Azərbaycan Ordusunun inventarına yeni daxil olmuş döyüş tankları, hava hücumundan müdafiə sistemləri ilə yanaşı Azərbaycan Ordusunun inventarına yeni daxil olmuş müxtəlif markalı döyüş maşınları, yüksək manevrli nəqliyyat vasitələri, yeni HHM sistemi, reaktiv atəş sistemləri, həmçinin İsraildən alınmış yeni pilotsuz uçuş aparatlarının, yeni döyüş və nəqliyyat helikopterlərinin nümayişi planlaşdırılır. Parada ilk dəfə olaraq hərbi aviasiyanın yeni Mi-17 və Mi-35M tipli helikopterləri iştirak edəcək.

Təlimdə ən çox şəxsi heyətlə Müdafiə Nazirliyi təmsil olunacaq. Müdafiə Nazirliyinə məxsus hərbi təhsil müəssisələri ilə yanaşı, Hərbi Dəniz Qüvvələri dəniz piyadaları, həmçinin ordu birləşmələrinin şəxsi heyətləri ayrıca kolon halında keçid edəcəklər. Parada şəxsi heyətin sayına görə ikinci yerdə Dövlət Sərhəd Xidməti olacaq. Daxili Qoşunlar, Mülki Müdafiə Qoşunları, Milli Qvardiya isə 100 nəfərlə təmsil olunacaq.

Builki paradın əsas prioritetlərindən biri də dənizlə bağlı olacaq.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilk dəfə olaraq müasir gəmi əleyhinə raket kompleksləri və artilleriya silahları ilə silahlandırılmış şəkildə Bakı buxtasında yer alacaq. Bundan başqa, Bakı buxtasında DSX Sahil Mühafizəsinin və FHN-in gəmiləri də parada dənizdən dəstək verəcək.//musavat.com//

AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description