Prezident açılış mərasimində iştirak etdi

İyunun 25-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoyub.

Sonra Prezident İlham Əliyev hospitalın baş planını əks etdirən stendə baxıb.

Dövlətimizin başçısı müalicə korpusunun rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış olub.

Səhiyyə ocağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti hospitalın kollektivi ilə görüşüb.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra dövlətimizin başçısı səyyar cərrahiyyə hospitalı ilə tanış olub. Bildirilib ki, səyyar cərrahiyyə hospitalı 60 çarpayılıqdır.

AzNews.az