Hökumət Evi boşaldılır – EKSKLÜZİV


Bu gün günorta saatlarından sonra Bakıda Hökumət Evi boşaldılacaq.

AzNews.az-a daxil olan məlumata görə, buna səbəb iyunun 26-da Bakıda keçiriləcək hərbi parada hazırlıq işləridir.

Belə ki, hərbi parad zamanı təhlükəsizliyin tam təmin olunması məqsədilə Hökumət Evindəki otaqlardan da istifadə ediləcək.

Buna görə də Hökumət Evində yerləşən nazirlik və idarələrə əməkdaşların iş saatını daha tez bitirmələri barədə tapşırıq verilib.

Məlumata görə, binadan hətta bəzi avadanlıqların da uzaqlaşdırılması barədə göstəriş verilib.


Xatirə
AzNews.az