Magistraturaya ixtisas seçimi başlayır

Sabahdan etibarən Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali məktəblərin magistratura pilləsinə ixtisas seçimi başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, ixtisas seçimi 3 gün müddətində davam edəcək. Belə ki, bakalavrlar iyunun 26-dan 28-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

Qeyd edək ki, bu il Azərbaycanda magistraturaya qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12,84 faiz artıb. magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün təsdiq edilmiş qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı isə 1616-dır.

AzNews.az