İsa Qəmbərin müşaviri i lə bağlı bəyanat verildi

Müsavat Divanı partiyanın başqanı İsa Qəmbərin müşaviri Yadigar Sadıqovla bağlı bəyanat yayıb.

"Dünən Lənkəran şəhərində hamının narkoman kimı tanıdığı bir nəfərin cayxanada Yadigar Sadıqovu təxribata cəkmək planı baş tutmadıqda, təşkilatcılar uydurma şikayət hazırlayaraq iqtidaryönlü informasiya agentliklərə ötürüblər.

Həmin şəxsin kim tərəfindən, harada, hansı şəraitdə döyülməsi müəmma olaraq qalır".

Daha sonra bəyanatda bildirilir ki, məqsəd Yadigar Sadıqovu şərləyərək həbs etməkdir: "Bu gün səhər saatlarından 90 BA 303 dövlət nömrə nişanlı ağ rəngdə cip növlü avtomobilin icərisindəki naməlum şəxslər Yadigar Sadıqovun yaşadığı mənzilin qarşısında keşikdə durublar".


AzNews.az