Təhsil Nazirliyi xaricə tələbə göndərən şirkətlərə xəbərdarlıq etdi

Son vaxtlar Rusiya və Ukraynanın ali məktəblərinə tələbə göndərmək adı ilə şirkət və firmalar tərəfindən müxtəlif elanlar verilir. Məsələ ilə bağlı Təhsil Nazirliyindən verilən açıqlamada bildirlir ki, xarici ölkələrə tələbə qəbulunu həyata keçirən şirkətlər bu qurumda akkreditasiyadan keçmirlər: "Bu tip şirkətlərin Təhsil Nazirliyinin adından istifadə etmələri onların qanun qarşısında məsuliyyətini yaradır və Nazirlik bu halda müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq hüququna malikdir".

Rusiya və Ukraynada ali təhsil almış Azərbaycan vətəndaşlarının ali təhsil haqqında sənədlərinin tanınması məsələsinə gəlincə, əgər tələbə təhsil aldığı ölkənin qanunları çərçivəsində ali məktəbə qəbul olunmuşsa və ali təhsil müəssisəsi həmin ölkə tərəfindən tanınırsa, o zaman müraciət edən şəxsin ali təhsil haqda sənədləri müvafiq qaydada nostrifikasiya prosedurları keçdikdən sonra ölkə ərazisində tanınacaq.

Elnarə
AzNews.az