Benilüks Azərbaycanlıları Konqresində yeni təyinat

Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Bakıdakı daimi nümayəndəliyində yeni təyinat olub. Bu barədə məlumatı AzərTAc-a qurumun mətbuat xidmətindən bildiriblər.

Türkdilli dövlətlərin diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilmiş əməkdaşlıq forumunda iştirak edən BAK-ın sədri Sahil Qasımovun qərarına əsasən, Cəmil Rüstəmxanlı qurumun Bakıdakı səlahiyyətli nümayəndəsi təyin edilib.
C.Rüstəmxanlı diaspor məsələlərində müəyyən təcrübəyə malikdir. O, bir müddət diaspor təşkilatlarında fəaliyyət göstərmişdir.

AzNews.az