Azad Rəhimov Qubaya gedir

Gənclər və idman naziri Azad Rəhimov 5 iyul 2013-сü il tarixdə Quba şəhərində vətəndaşları qəbul edəcək.


Qəbulda Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Quba şəhər Mədəniyyət Evində (Quba şəhəri, Heydər Əliyev prospekti, 165 ) başlanacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşların 27 iyun - 4 iyul 2013-cü il tarixlərdə saat 09.00-dan 18.00-dək şəhər və rayonların gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.

AzNews.az