Həftənin ilk iş günü hava yağmursuz olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundanverilən məlumata görə, havanın temperaturu gecə 20-24°, gündüz 32-37° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti olacaq.
Azərbaycan rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-22°, gündüz 32-37° isti olacağı gözlənilir.

AzNews.az