Harada tıxac var?

Yeni iş həftəsinin ilk günüdə paytaxt Bakıda bir çox küçə və prospektlərdə nəqliyyatın hərəkətində problemlər müşahidə olunur. Akademik Həsən Əliyev küçəsi, Abbasqulu ağa Bakıxanov küçəsi, Haqverdiyev küçəsi, Atatürk prospekti, Təbriz küçəsində tıxac var.

Əliyar Əliyev küçəsi, Ziya Bunyadov prospekti, Heydər Əliyev prospekti, Afiyəddin Cəlilov küçəsi, Şərifzadə küçəsi, Bakı-Sumqayıt şosesi, İnşaatçılar küçəsində nəqliyyatın hərəkətində sıxlıq var.

AzNews.az