Müəllimlərin işə qəbulu başladı


İyulun 1-dən etibarən 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilib.

Müsabiqədə iştirak etmək istəyənlər 1-15 iyulda "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil olmaqla elektron ərizə doldura bilərlər. Ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və vahid formalı dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər.

Qeyd edək ki, bu il ümumilikdə 3179 vakant yer ayrılıb ki, onlardan 435-i Bakı, digərləri isə bölgələri əhatə edir.

Elnarə
AzNews.az