Mətbuat Şurasından jurnalistlərə hörmətsizlik - FOTOFAKT

Və ya Əflatun Amaşovun "curnalistləri"

İyulun 12-də jurnalistlərin 6-cı qurultayına hazırlaşan Azərbaycan Mətbuat Şurasının fəaliyyəti diqqət mərkəzindədir. Bununla bağlı müxtəlif məsələlərlə əlaqədar Mətbuat Şurasının http://presscouncil.az saytına müraciət edənlərin də sayı artıb. AzNews.az əməkdaşı sözügedən saytda məlumatlarla tanış olarkən mətbuat nümayəndələrinə qarşı böyük hörmətsizliyin şahidi olub.

Məsələ burasındadır ki, ölkə jurnalistlərinin təşkilatı kimi bir ada iddialı olan Mətbuat Şurasının saytında jurnalistlərlə bağlı ifadələrdə böyük səhvə yol verilib ki, bu da iddia ediləcəyi kimi texniki səhv olmaqdan çıxaraq daha böyük səhvdən xəbər verir. Belə ki, MŞ-nın İdarə Heyəti ilə bağlı bölümdə jurnalist sözü bir neçə yerdə "curnalist" kimi yazılaraq, bu zamana qədər diqqətlərdən tamamilə kənarda qalıb.

MŞ-nın 2008-ci ildə keçirilən hesabat – seçki qurultayı ilə bağlı bölümdə yerləşdirilən məlumatın ilk cümləsinə diqqət yetirək: "Azərbaycan curnalistlərinin 20 iyun 2008-ci ildə keçirilən V (hesabat-seçki) qurultayında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilən curnalistlərin və ictimaiyyət nümayəndələrinin siyahısı".

Jurnalist sözünün "curnalist" kimi yazılması kimi böyük səhvə eyni mətndə bir neçə dəfə yol verilməsi kimi bu faktın 5 il müddətində diqqətdən kənarda qalması da təsadüf sayıla bilməz.


Sözügedən mətnin fotosunu və saytın linkini təqdim edirik:
http://www.presscouncil.az/az/

Elnarə Əlosmanqızı
AzNews.az
image description