Sərhəd Qoşunlarının rəhbərləri Bakıya toplaşır

MDB ölkələri Sərhəd Qoşunlarının rəhbərləri Bakıda toplanacaqlar.

MDB ölkələri Sərhəd Qoşunlarının rəhbərləri Şurasının iclası sentyabrın 10-da Bakıda baş tutacaq. Trend-in məlumatına görə, bu barədə məlumat bazar ertəsi təşkilatın İcraçı Katibliyinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Şuranın növbəti iclasında hərbi əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, MDB iştirakçı ölkələrinin razılaşdırılmış sərhəd siyasətinin həyata keçirilməsi məsələlərinin müzakirə olunması planlaşdırılır.

AzNews.az