Gülər Əhmədova şokda; Həbs müddəti artırıldı

Sabiq deputat Gülər Əhmədova barəsində seçilmiş həbs-qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Bu barədə yayılan məlumatları AzNews.az-a açıqlamasında G.Əhmədovanın vəkili Raqif Mustafayev də təsdiqləyib. O bildirib ki, məhkəmə bu gün olub.

Əldə etdiyimiz məlumata görə, G.Əhmədova həbs müddətinin uzadılmasından şoka düşüb. Məlumata görə, sabiq deputat uzun müddətdir mətbuatda susqunluq nümayiş etdirməsinin və işlə bağlı heç nə danışmasının mükafatı kimi ev həbsinə göndəriləcəyini gözləyirmiş. Lakin məhkəmə onun həbs müddətini daha 3 ay uzadıb.

Qeyd edək ki, G.Əhmədova fevralın 13-də həbs edilib. Baş Prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, o, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi deputat seçilməsinə köməklik etmək barəsində yalan vədlərlə aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib. Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

Elnur