Apteklərdə dərmanlar vahid qiymətlə satılsın - Təklif

Səhiyyə Nazirliyi Azərbaycanda dərmanların vahid qiymətə satılması ilə əlaqədar olaraq İqtisadi İnkişaf Nazirliyi ilə birgə təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib.

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib. Nazir müavini bildirib ki, yaxın zamanlarda bu yöndə müvafiq işlərə başlanacaq.

Onun sözlərinə görə, təkliflər hazırlanan zaman dünya təcrübəsinə istinad olunub, təkliflərdə dərmanların hər yerdə vahid qiymətə satılması nəzərdə tutulur: "Belə ki, ölkənin bütün apteklərində dərmanlar vahid qiymətə olacaq. Onların üzərində qiymətləri göstəriləcək. Bununla bağlı olaraq Türkiyə, Avropa və bir sıra başqa ölkələrin təcrübəsi analiz olunub və yekun təkliflər hazırlanaraq hökumətə təqdim edilib".

AzNews.az