Tacikistan rəsmiləri Bakıya səfər edəcək

Tacikistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıya səfər edəcək.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Tacikistan hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 18-19-da Tacikistan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edəcək.

Bakıda iki gün səfərdə olacaq nümayəndə heyətinin üzvləri Azərbaycanın hərbi təhsil sistemilə, o cümlədən Tacikistan kursantlarının Azərbaycanda təhsilinin gedişi, hərbi intizamı və yaşayış şəraiti ilə tanış olacaqlar.

AzNews.az