Bu günə olan hava proqnozu

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, temperatur gecə 18-21°, gündüz 25-30° isti, Bakıda gecə 19-21°, gündüz 27-29° isti olacaq.Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 13-18°, gündüz 29-34° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 9-14°, gündüz 19-24° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 15-20°, gündüz 26-31° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 13-18°, gündüz 23-28° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 17-22°, gündüz 27-32° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 18-21°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 20-24° isti olacağı gözlənilir.

AzNews.az