Məşhur aparıcının qohumu xalqdan kömək istəyir - VİDEO

Məşhur teleaparıcı İlham Mirzəyevin yaxın qohumu xalqdan kömək istəyir. Aparıcının dayısı qızı Aysel Əliyeva şəxsi həyatı ilə bağlı ictimaiyyətə videomüraciət ünvanlayıb.


Qeyd edək ki, A.Əliyeva 8 ayın gəlini olub və rəsmi həyat yoldaşı Asif Əliyevin ailəsi tərəfindən küçəyə atılıb. Müraciətdə o, həyat yoldaşı Asif Əliyevlə normal ər-arvadlıq yaşamadığını deyib: "O evdə gəlin olduğum 8 ay ərzində həyat yoldaşım 2 dəfə evə gəldi."

Onu da bildirək ki, bu məsələdə "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova, hüquqşünas Rəna Həsənli də Aysel Əliyevanın hüquqlarının pozulduğunu qeyd ediblər.



Bahar Rüstəmli
AzNews.az