Əli Kərimlinin oğlu ilə bağlı apelyasiya şikayəti

"Yaxın günlərdə Türkel Kərimlinin həbsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət olunacaq".
Bunu AzNews.az-a Türkel Kərimlinin vəkili Fəxrəddin Mehdiyev deyib. O bildirib ki, hazırda apelyasiya şikayəti hazırlanır.

Qeyd edək ki, T.Kərimli AXCP sədri Əli Kərimlinin oğludur. Sentyabrın 23-də Nəsimi Rayon Məhkəməsi onun 25 sutka azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.
Xatırladaq ki, Türkel Kərimli 310.1-ci (polisə müqavimət) maddəsi ilə təqsirləndirilib.

Bahar Rüstəmli
AzNews.az