“İlham Əliyev 80 faizdən çox səs toplayacaq” “İlham Əliyev 80 faizdən çox səs toplayacaq”

Türkiyə mətbuatının seçki proqnozu

“İlham Əliyev 80 faizdən çox səs toplayacaq”




Azərbaycanda keçirilən prezident seçkiləri, Türkiyə mətbuatının əsas mövzusuna çevrilib.

AzNews.az xəbər verir ki, "Hüruriyyət" qəzetinin bugünkü nömrəsində seçki mühiti, seçkinin nəticələrilə bağlı fikirlər, eləcə də rəy sorğuları yer alıb. Qəzet iddia edir ki, 10 namizədin yarışdığı seçkilərdə hazırkı prezident İlham Əliyevin qəlib gələcəyi birmənalıdır. Qəzet "Cihan" xəbər agentliyinə istinadən yazır ki, İlham Əliyev seçki təbliğatı müddətində beynəlxalq müstəqil təşkilatların etdiyi araşdırmaların heç birində səksən faizdən aşağı düşməyib.

Mütəxəssislərin fikrincə, Əliyevin seçicilərin 80 faizindən çoxunun səsini ala biləcəyinin əsas səbəbi ölkədə yaşanan iqtisadi sabitliklə bağlıdır.

Rəhim Qədirov
AzNews.az