ABŞ müşahidəçisi prezident seçkisindən danışdı

ABŞ müşahidəçilərindən ibarət nümayəndə heyəti hesab edir ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri azad və demokratik olub.

Bunu Bakıda brifinqdə Konqresin Texasdan olan sabiq üzvü Salomon Ortis deyib.

O bildirib ki, ABŞ nümayəndə heyəti 48 nəfərdən ibarətdir və heyətə keçmiş konqresmenlər, siyasi məsləhətçilər, jurnalistlər və digərləri daxildir: "ABŞ-dan olan müşahidəçilər seçkilər zamanı 250 seçki məntəqəsində olublar".

Onun sözlərinə görə, müşahidəçilər əhalinin yüksək seçki fəallığını qeyd ediblər, bu, seçkilərə ciddi münasibətdir:

"Müşahidəçilərin sözlərinə görə, seçkilər sakit keçib və seçki gününün istirahət günü elan edilməsi əhalinin öz vətəndaşlıq borcunu yerinə yetirməsi üçün yaxşı imkan yaratdı. Bizim ciddi şikayətlərimiz yoxdur".

AzNews.az