Füzuli Ələkbərov Qocalar Evində - Foto

Oktyabrın 14-də Qurban bayramı münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh Müharibə və əmək əlilləri üçün pansionatında bayram tədbiri keçirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Burada dövlət himayəsində yaşayan ahıl və ağbirçək insanları bayram münasibətilə təbrik etmək üçün pansionata gələn Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov müəssisənin sakinləri ilə görüşərək, onlara xoş arzularını ifadə edib: "Qurban bayramı Azərbaycan xalqının ən qədim və sevimli bayramlarından biri olmaqla, xalqımızın milli-mənəvi dəyərlərini bütün dolğunluğu ilə özündə əks etdirir"

Tədbirdə ahıl insanlar ürək sözlərini ifadə edərək, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm dövlət başçımıza minnətdar olduqlarını bildiriblər.

AzNews.az