- Köhnə - Cəmiyyət
- 21 Oktyabr 2013 12:16
- 2 784
Slovakiya prezidenti İlham Əliyevi təbrik etdi
Təbrik məktubunda deyilir: "Zati-aliləri! İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim. Bu xoş fürsətdən istifadə edərək Slovakiya Respublikasının ölkələrimiz arasında qarşılıqlı marağa, o cümlədən iqtisadi-ticari sahələrdə faydaya söykənən əməkdaşlığı davam etdirməyə maraq göstərdiyini təsdiq etmək istəyirəm. Zati-aliləri, Sizə cansağlığı, ölkənizin və onun vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".
AzNews.az