Xoşbəxt Yusifzadə ordenlə təltif edildi

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə "Şərəf və Vicdan" ordeni ilə təltif edilib.


AzNews.az Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, ARDNŞ-nin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, professor Xoşbəxt Yusifzadə Birləşmiş Millətlərin İctimai Təltiflər Şurasının Beynəlxalq Mükafat Komitəsi tərəfindən böyük elmi xidmətlərinə görə "Şərəf və Vicdan" ordeni ilə təltif edilib.

AzNews.az