- Köhnə - Cəmiyyət
- 22 Oktyabr 2013 13:34
- 3 109
Konfederasiyanın növbəti Baş Assambleyası keçirilir
Gənclər üçün Təhsil Mərkəzindən AzNews.az-a verilən məlumata görə, Baş Assambleya Kiprin Limassol şəhərində keçirilir. Azərbaycanı bu tədbirdə Gənclər üçün Təhsil Mərkəzi beynəlxalq əlaqələr bölməsinin rəhbəri Nurlan Əhmədov təmsil edəcək.
Səfər çərçivəsində Mərkəzin nümayəndəsi ilə Böyük Britaniya, Danimarka, Belçika, Çexiya, Kipr və Avstriyanın Gənclər Klubları İttifaqlarının rəhbərləri arasında görüşlər nəzərdə tutulub.
N.Əhmədov Kipr Texnologiya Universitetində keçiriləcək "Gənclər işinin keyfiyyəti" adlı beynəlxalq konfransda da iştirak edəcək və Azərbaycanın gənclər siyasəti sahəsində qazanılmış uğurları barədə öz fikirlərini bölüşəcək. Baş Assambleya çərçivəsində Avropa Gənclər Klubları Konfederasiyasının 2014-cü il üzrə strategiyası və layihələri müzakirə ediləcək, vacib qərarlar qəbul ediləcək.
Qeyd edək ki, tədbir oktyabrın 27-dək keçiriləcək.
AzNews.az