- Köhnə - Cəmiyyət
- 1 Noyabr 2013 15:29
- 4 175
Avropa Məhkəməsi Əli İnsanovla bağlı Azərbaycana sorğu göndərdi - Özəl
Əli İnsanovun vəkili Toğrul Babayevin AzNews.az-a verdiyi məlumata görə, bir neçə gün əvvəl keçmiş nazir Avropa Məhkəməsinin qərarlarının icra edilməməsi, Ali Məhkəmənin onun da məsələsinə baxılacağı pleniumun təxirə salınmasından Komitəyə şikayət edib: "Artıq biz Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsindən cavab almışıq. İş icraata götürülüb və qərarın icra olunmamasının səbəbi ilə bağlı artıq Azərbaycan tərəfinə sorğu göndərilib".
Elnarə
AzNews.az