- Köhnə - Cəmiyyət
- 5 Noyabr 2013 15:32
- 3 454
Heydər Piriyev niyə Hərbi Məktəbə qaytarıldı? - Faktlar
Azərbaycan sülhməramlılarının xidmət keçdiyi hərbi hissə komandanı Mirzəli Yusifov da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin qərargah rəisi gətirilməklə, Ali Məktəbin rəis əvəzi olub.
İndi isə yenidən dəyişiklik edildi: general Heydər Piriyev əvvəlki postuna qaytarıldı, Mirzəli Yusifov isə həm əvəzedicilikdən, həm də Ali Məktəbin qərargah rəisliyindən azad edildi.
Hərbi mənbələrin bildirdiyinə görə, Naxçıvan hərbi birləşməsinin komandanı, məşhur general Kərəm Mustafayevə müavin-qərargah rəisi təyin edilən Heydər Piriyev vəzifəsinin öhdəsindən layiqincə gəlib və rəisi ilə aralarında normal münasibətlər olub. Lakin H.Piriyevin rəisinin qardaşı Nemət Mustafayevlə zaman-zaman problemlər yaşadığı, hətta bir müddət Bakıya qayıtdığı və işə çıxmadığı vaxtaşırı olaraq medianın gündəmini zəbt edib.
Maraqlıdır ki, eyni gündə Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov da işdən çıxmaq üçün raport yazdı. Mənbənin məlumatına görə, yeni nazir, xüsusi avtoriteta malik olan və peşəkar zabit sayılan hazırkı Müdafiə naziri Zakir Həsənov yalnız peşəkar zabitlərlə işləməkdə qərarlıdır. Ç.Məmmədov isə daha çox "qərargah məmuru" kimi peşəkarlaşmış şəxsdir. Qeyd olunur ki, əslən Naxçıvandan olan və Vasif Talıbova qohumluq əlaqələri ilə bağlanan general Çingiz Məmmədovun istefası əbəs deyil: o, işsiz qalmayacaq.
Axar.az